turklehceleri.org

ibtidai

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ibtidai

sif.
1. Başlanğıca aid, ən əvvəl olan; ilk. Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi.
2. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. İbtidai həyat. – Həsən bəy inkişaf etməmiş, ibtidai və dağınıq təsərrüfatın artıb yüksəlməsinə çalışırdı. M.İbrahimov.
3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. İbtidai siniflər. İbtidai təhsil. – [Qız] .. ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir. S.Hüseyn. Aslan kənddə ibtidai məktəbdə oxuduğu zamanlar gecə-gündüz bu xəyallarla yaşayırdı. M.Rzaquluzadə.
4. Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. İbtidai insanlar. İbtidai mədəniyyət qalıqları.
5. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. İbtidai adətlər. İbtidai geyimlər. ‣ İbtidai icma quruluşu – bax. icma.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ibtidai

I. ilk, başlangıc
{ilk, başlangıç}

II. primitiv, adi
{ilkel, geri}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ibtidai

ilkel, iptidai


Son arananlar: