ehkam
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
ehkam
is. [ər. “hökm” söz. cəmi]
1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları. – Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə. O kəs ki “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. C.Məmmədquluzadə. [Hacı:] Cəmi millətlər ayılıb islam dininin mübarək ehkamlarından faydalanıblar. Mir Cəlal.
2. Bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun. Müstəbid zülmünü doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər yaratdı. B.Vahabzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
ehkam
hökm
{hüküm}