dayamaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dayamaq
f.
1. Dirəmək, söykəmək, kip yanaşdırmaq (yaxınlaşdırmaq). Nikitin dodağını lap Aslanın qulağına dayadı. M.İbrahimov. Mən ulduzsuz, qaranlıq göylərə baxar, baxar; Alnımı buz bağlayan pəncərəyə dayardım. Ə.Cəmil.
2. Dayaq vermək. Axırda elçi əllərini buynuz kimi tutaraq gicgahlarına dayayıb, özü də öküz kimi böyürür. “M.N.lətif.” Balacayev əlini stola atıb güclə ayağa qalxdı, qapı kilidli idi. O gicəldi, əlini alnına dayadı. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
dayamaq
dirəmək, söykəmək
{diremek, istinat etmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dayamaq
dayamak