atılmaq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
atılmaq
1. “Atmaq”dan məch.
2. t-siz. Bir şeyin üstündən hoppanmaq, hoppanıb tullanmaq. Xəndəkdən atılıb keçmək. // Hündür yerdən aşağıya tullanmaq, tullanıb düşmək. Barıdan atılmaq. Barıdan atılmaq. Dənizə atılmaq. Pəncərədən atılmaq.
3. t-siz. Cəld yönəlmək, yerimək, yüyürmək, cummaq; üz tutmaq; özünü atmaq. Hamı səs gələn tərəfə atıldı. – Atıl cəbhələrə aslanlar kimi... S.Vurğun. Ağabəyim şən addımlarla atılaraq otaqdan çıxdı. Çəmənzəminli. Məhbusi tez həyətdən küçəyə lampa işığına atıldı.. M.İbrahimov. // t-siz. Sıçramaq, hücum etmək. ‣ Atılıb-düşmək – 1) qalxıb düşmək, tərpənmək, enib-qalxmaq; 2) çalışıb-çapalamaq, əlləşmək, vurnuxmaq; çox oynamaq, hərəkət etmək. [Şahnisə xanım:] – Ay qara qız, – dedi, – deyəsən yorğunsan, bənizin qaçıb. Axşam sənə dedim ki, az oyna, az atıldüş. Çəmənzəminli; 3) etiraz etmək, narazılıq göstərmək, müqavimət göstərmək. Çox atılıb-düşmək. Nə atılıb-düşürsən? – [Gövhərtac:] Bir iki gün atılıb-düşüb yerində əyləşəcək. Ə.Haqverdiyev; 4) (bəzən “sevincindən”, “şadlığından” sözləri ilə) çox sevinmək, şadlanmaq, özündən çıxmaq. [Kərim baba] nişanladığını vurduqda, bütün arzularına qovuşmuş bəxtiyar bir uşaq kimi sevincindən atılıb-düşərdi. A.Şaiq.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
atılmaq
I. yerimək, yüyürmək, cummaq
{yürümek, koşmak, kaçmak}
II. hoppanmaq, tullanmaq, sıçramaq
{atlamak, zıplamak, sıçramak}
III. vuruşmaq, dalaşmaq, söyüşmək
{vuruşmak, çatışmak, dövüşmek}
IV. yarışmaq
{yarışmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
atılmaq
atılmak, fırlamak, sıçramak