darğalıq
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
darğalıq
is.
1. tar. Darğanın işi, vəzifəsi. [Həsən Namaza:] Mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Ə.Haqverdiyev. [Paşa bəy:] Yaxşı deyiblər ki, evində yoxdur urvalıq, könlündən keçir darğalıq. Ə.Vəliyev.
2. məc. Böyüklük, ağalıq. Darğalıq etmək. – Bu fəna iş nə idi tulladınız ortalığa; Sizi kim qoydu bizim üstümüzə darğalığa. Ə.Nəzmi.