turklehceleri.org

cəbr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cəbr

I. is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər. [Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı. Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza. • Cəbr çəkmək – cəzasını çəkmək. Zeynal [Qadir üçün] cəbrindir çək (dedi).. Ə.Əbülhəsən. Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi. Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı). // Zorla məcbur etmək. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə. Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək. [Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz.. B.Bayramov.

II. is. [ər.] Riyaziyyatın, ədədi qiymətlərindən asılı olmayaraq, kəmiyyət üzərində aparılan əməliyyatları öyrənən sahəsi. Cəbrə aid ilkin tədqiqatlar 4 min il əvvəl Babilistanda aparılmışdır.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cəbr

zor, güc
{zor, güç}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cəbr

cebir


Son arananlar: