turklehceleri.org

bozarmaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bozarmaq

f.
1. Boz rəng almaq, bozlaşmaq. Qadın qoca olduğuna və saçlarının tamamilə bozardığına baxmayaraq, çöhrəsində görünən təravət onun gənclikdə malik olduğu gözəlliyi andırırdı. M.S.Ordubadi. // Solmaq, rəngi qaçmaq, rəngi getmək. Qızın rəngi gül kimi bozarmışdı. M.Hüseyn.
2. Yetişməyə başlamaq, biçilmək (dərilmək) vaxtı çatmaq. Arpalar bozarmışdır. Qarpızlar yavaş-yavaş bozarır.
3. Çiskinləşmək, tutqunlaşmaq; soyuqlaşmağa başlamaq, duman və soyuq olmaq. Havalar bozarmışdır; Ağ saqqallı qış gəlir. S.Rüstəm. Payız fəsli olduğu üçün hava yaman bozarmışdı. P.Makulu. // Yaxınlaşmaq, əlamətləri görünməyə başlamaq. Payız bozarır, dağüstü şəhərinin özündə və ətrafında meşələrdə ağaclar lütləşir. S.Rəhimov.
4. Bişməyə, qovrulmağa başlamaq. Ət lap bozarıb, indicə xörək hazır olacaq.
5. məc. Üzə qabarmaq; hörmətsizcəsinə, ədəbsizcəsinə, qabacasına cavab vermək, acıqlanmaq. Həsənov yenə bozarmaq istəyir, lakin cəsarət etməyib susur. M.İbrahimov. Tahir dostunun yanında pərtliyini gizlədə bilməyib, anasının üstünə bozardı... M.Hüseyn. ‣ Qızarıb-bozarmaq – bax qızarmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bozarmaq

I. solmaq, ağarmaq
{solmak, beyazlamak}

II. çiskinləşmək, tutgunlaşmaq, hiddətlənmək
{çiskinleşmek, sislenmek, hiddetlenmek}

III. gabarmaq, acıqlanmaq, hiddətlənmək
{hırslanmak, sinirlenmek, hiddetlenmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bozarmaq

bozarmak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

bozarmaq

Benzi uçma, rengi kaçmak, solmak. Bozurup ketmek – Rengi kaçmak.


Son arananlar: