turklehceleri.org

maddə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

maddə

I. is. [ər.]
1. Təbiətdəki fiziki cisimlərin əsasını təşkil edən şey. Qida maddələri. Zəhərləyici maddələr. Üzvi maddələr. // Cisim, şey.
2. bax. materiya 1 və 2-ci mənalarda.
3. dan. Bədənin bir yerində gizli illət, açılmamış yara; irinlik. • Maddə etmək (eləmək) dan. – bədənin bir yerində irin əmələ gəlmək, çirk etmək.
4. məc. Keyfiyyət; zirəklik, bacarıq, çoxbilmişlik mənasında. [Ağa Hüseyn:] Bala, bu maddə ki səndə var, inşallah, gələcəkdə böyük sövdəgər olarsan. Ə.Haqverdiyev. // zar. dan. Bu cür keyfiyyətlərə malik olan adam haqqında. Zirək maddədir. O elə bir maddədir ki... ‣ Maddələr mübadiləsi fiziol. – canlı orqanizmlərdə maddələrin xarici mühitlə qarşılıqlı əlaqə şəraitində həzm olunması ilə bağlı olan proseslərin məcmusu.

II. is. [ər.]
1. Rəsmi bir sənəddə, siyahıda, lüğətdə və s.-də müstəqil bölgü; bənd, paraqraf. Cinayət kodeksinin beşinci maddəsi. – [Mindilli:] Bax, bununla aktdakı maddələri heçə çıxartdın. S.Rəhman.
2. mal. Büdcədə və s.-də gəlirin mənbəyini və ya məxaricin yerini göstərən hissə. Gəlir maddəsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

maddə

I. cisim
{cisim}

II. bənd
{herhangi bir metnin bentlere ayrılması}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

maddə

fıkra, madde


Son arananlar: