turklehceleri.org

ötüşmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ötüşmək

I. qarş.
1. Ötüb keçmək (çoxları haqqında). Oradan sürətlə ötüşdük. M.S.Ordubadi. [Ovçular] da mümkün qədər səs-küysüz ötüşməyə çalışırlar. M.Rzaquluzadə.
2. Gəlib-keçmək, ötmək. Ötüşdü aylar, illər, evləndik o da, mən də; Ayağımız kəsildi bir-birinin evindən. S.Rüstəm. // Keçib-getmək, uzaqlaşmaq. Buralardan yüyür, tez ötüş barı; İlxının kişnəyir ayğır atları. A.Səhhət.
3. Yüyürməkdə, qaçışda yarışmaq, birbirini ötməyə çalışmaq. Yığıb çantalara yerdən-yemişdən; Yolda gah yüyürüb, gah ötüşərdik. S.Vurğun.
4. Birtəhər yaşamaq, güzəran keçirmək, keçinmək, dolanmaq. Çətinliklə ötüşmək. – Ailə isə pendir, çörək və bu kimi şeylərlə ötüşürdü. M.S.Ordubadi.

II. qarş. Səs-səsə verərək oxumaq, cəh-cəh vurmaq, tərənnüm etmək. [Ağcaqız:] Şahsənəm, gəl çıxaq bağa, bülbüllər elə ötüşür ki, gəl görəsən. “Aşıq Qərib”. ..Quşlar həzin-həzin ötüşürdülər.. S.Vəliyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ötüşmək

I. yarışmaq, qaçışmaq, çapışmaq
{yarışmak, kaçışmak, çarpışmak}

II. yaşamaq, dolanmaq
{yaşamak, hayat sürmek}

III. oxumaq, civildəmək
{okumak, cıvıldamak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ötüşmək

geçmek


Son arananlar: