turklehceleri.org

xoşbeş

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xoş-beş

is. Salamlaşma zamanı birbirindən kef-əhval soruşma. Xoş-beşdən sonra qonaq Ataşın əmisinin adını çəkib ondan gətirdiyi kağızı verdi. Ə.Vəliyev. [Hacı Ağakərim:] Bəs sənin dayına salamın, xoş-beşin hanı, ədəbsiz! S.Rəhman. [Vahidov Şeydaya:] Xoş-beşin sonraya qalsın. Ə.Məmmədxanlı. • Xoş-beş etmək (eləmək) – salamlaşmaq, kef-əhval soruşmaq. [Qoca nəvəsinə:] Ta onda nə durub üzümə baxırsan, xoş-beş elədik, bəsdir, get işində ol, çünki bu dünyada hər şeydən birinci işdir... Ə.Məmmədxanlı. Ağsaqqal həkim tez otağa girdi, Nənəqız ayağa qalxdı və ona xoş-beş elədi. S.Rəhimov. [Müəllim] Büləndlə xoş-beş etdikdən sonra yenə qayıdıb öz işinə məşğul oldu. Ə.Əbülhəsən.


Son arananlar: