turklehceleri.org

bitirmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

bitirmək

I. f.
1. Axıra çatdırmaq, başa çatdırmaq, tamamlamaq, qurtarmaq. Söhbəti bitirmək. Məktəbi bitirmək. – Nazlı nağılını bitirib, Ağabəyimin üzünə baxdı. Uşaq totuq əlini yanağına söykəyib, çoxdan yatmışdı. Çəmənzəminli. Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal.
2. Yerinə yetirmək, görüb qurtarmaq. Zavod öz illik planını vaxtından əvvəl bitirmişdir. İşimi bitirən kimi kinoya gedəcəyəm.

II. f. Yetişdirmək, hasil etmək, göyərtmək, cücərtmək. Bu torpaq buğda bitirmir. – Kənari-çeşmimə sancıldı oxların neytək; Sudan qəmiş bitirən Kür kənarına bənzər. S.Ə.Şirvani.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

bitirmək

I. tamamlamaq, qurtarmaq
{tamamlamak, kurtarmak}

II. yetişdirmək, göyərtmək, cücərtmək
{yetiştirmek, yeşertmek, büyütmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

bitirmək

sonuçlamak


Son arananlar: