turklehceleri.org

ləkə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ləkə

is.
1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək. – [Eldar] sazın üstündə tünd-qara ləkələri mənə göstərdi. M.Rzaquluzadə. Yuyuldu, divarlara; Sıçramış qan ləkəsi. Ə.Cavad. • Ləkə düşmək – bax. ləkələnmək 1-ci mənada. Dəftərinə Gülərin; Düşdü qara bir ləkə. M.Dilbazi. Ləkə salmaq – bax ləkələmək 1-ci mənada. Şahsənəməm, sən də inan sözümə; Gözüm yaşı ləkə saldı üzümə. “Aşıq Qərib”. Onun ağzından axan qan döşəməyə parlaq ləkələr saldı. Ə.Vəliyev. // Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələn rəng dəyişikliyi. Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var. – Həkim Həsənin ciyərində kiçik bir ləkə olduğunu söylədi. Çəmənzəminli. Gülsəhər ortaboylu, .. ağ-qırmızı sifətində kiçik ləkələr görünən bir arvad idi. Ə.Vəliyev.
2. məc. Adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik. İntihara gəldikdə, o, insanın üzərinə atılan ləkələri daha da tutqunlaşdırır. M.S.Ordubadi. [Kərbəlayı Əzim:] Bu vaxtadək üstümüzdə ləkə olmayıb, bir elə iş baş verməyib ki, bizi ləkələsin. T.Ş.Simurq. • (Üstünə) ləkə atmaq (vurmaq, yaxmaq) – birinin namusuna, şərəfinə toxunacaq söz demək, böhtan atmaq, biabır etmək, olmayan şeyi ona isnad etmək. [Səməd:] Yoldaş sədr, bu kişi yalan danışır, üstümə ləkə atır. B.Talıblı. ‣ Ağ ləkə – coğrafiya xəritəsində: öyrənilməmiş yer.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ləkə

I. çirk, kir
{kir, pasak}

II. damga, rüsvayçılıq, üzüqaralıq, biabırçılıq, bədnamlıq
{damga, rüsvalık, yüzkarası, edepsizlik, rezillik}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

ləkə

leke


Son arananlar: