turklehceleri.org

Əsir

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

əsir

is. [ər.]
1. Müharibədə ələ keçirilən düşmən əsgəri, zabiti və s. Hərbi əsir. Əsir düşmək. Əsir olmaq. Əsir tutmaq. Əsirlərin azad edilməsi. Hərbi əsirlər vətənlərinə döndülər. – [Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstəm.
2. Kölə, qul, məhkum. Dedim: – Ey gül, niyə etdin məni zülfündə əsir? Dedi: – Divanə olan şəxsə gərəkdir zəncir. S.Ə.Şirvani. Özünü insan əlində əsir görən kəklik qurtulmaq üçün .. əllərimizi dimdikləyirdi. A.Şaiq. Ey dilsiz gözlərin qara röyası; Ardınca qarğadı qullar, əsirlər. S.Vurğun.
3. məc. Dustaq, azadlıqdan, sərbəstlikdən məhrum edilmiş. • Əsir olmaq – 1) azadlıqdan məhrum olmaq; 2) tamamilə tabe olmaq. Qız qayın-qudanın, qayınatanın, baldızın, qayınananın hökmünə əsir olar, onların dedi-qodusuna düşərdi. H.Sarabski.
4. məc. Vurğun, məftun, mübtəla. Eşq əsiri. Gözəllik əsiri. – Görməmişəm belə zülfü dəhəntək; Yüz min əsiri var, əlbəttə, mən tək. Aşıq Məhəmməd. Bir ahu baxışlı gözələ çoxdan əsirəm; Ahimlə şikar olsan, mən neyləyə billəm. Ə.Vahid. • ...əsiri olmaq – ...vurğunu olmaq, ...düşkünü olmaq, ...mübtəla olmaq. [Bəhram:] Belə də insaf olar ki, biçarə Saranın illərlə divam edən məhəbbətin sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum? C.Cabbarlı.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

əsir

I. kölə, qul, məhkum
{köle, kul, mahkûm}

II. dustaq
{hapis}

III. vurğun, məftun, mübtəla
{vurgun, meftun, tutkun}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

əsir

esir, tutsak


Axir izdelgen sözler: