işıltı
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
işıltı
is. Zəif işıq. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün qalın qar. A.Səhhət. Enirəm qazmaya... Qazma soyuq, dar; Od-ocaq yoxsa da, bir işıltı var. Ə.Cəmil. Qar getdikcə daha şiddətlə yağır, solğun bir işıltı axşam qaranlığında əks edirdi. Ə.Məmmədxanlı. // Uzaqdan görünən işıq nöqtəsi. Hər iki yanda bir çağırımlıqda göz qırpan işıltı görünürdü. M.Rzaquluzadə. • İşıltı gəlmək – işıq görünmək, işıq seçilmək. Yolçu qapı tərəfdən bir işıltı gəldiyini görüb, yavaş addımla yaxınlaşdı. S.Rəhman. Uzaqlardakı kəndlərdən alaseyrək işıltı gəlirdi. S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
işıltı
parıltı
{parıltı}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
işıltı
ışıltı