çağırılmaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çağırılmaq
“Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi. M.S.Ordubadi. Bəndalı təqsirini etiraf etmədiyi üçün təzə şahidlər çağırılmışdı. Mir Cəlal. ‣ Çağırılmamış qonaq – dəvətsiz olaraq bir yerə gəlmiş, yaxud arzu olunmadığı və ya gözlənilmədiyi halda gəlmiş adam haqqında. Çağırılmamış qonağın gəlməsi [Məstan bəyi] pərt etdi. B.Talıblı. Atlıxanla Güləndam özlərini bikef göstərsələr də sevinirdilər ki, binənin suyunu bulandıran bu çağırılmamış qonaq axırı ki, çıxıb gedir. İ.Məlikzadə. Çağırılmış bayatı – çoxdan deyilmiş, çoxdan məlum olan, artıq əhəmiyyəti, mənası olmayan sözlər haqqında.