Hədyan
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
hədyan
is. [ər.] Tərbiyəsiz, ədəbsiz, hərzə, əsassız sözlər; söyüş. Keçən sözü çəkmə üzə, amandı; Hədyan danışmışam, laf eyləmişəm. Aşıq Ələsgər. [Bədircahan:] Ağzına gələn hədyanı danışma, heyvan oğlu heyvan. N.Vəzirov. // sif. Tərbiyəsiz, ədabaz, yava, ağzıpərtov. Borcumuzdur, Vətən hər sahədə əmr etsə bizə; Qoymayın tərbiyəsiz kimsəni, hədyan oxusun! Ə.Vahid.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
hədyan
I. söyüş
{sövme}
II. hərzə, laqqırtı, cəfəngiyat, uydurma
{yalan, lakırdı, saçmalık, uydurma}