ŞEYTAN
Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)
şeytan
и. шайтан
ercilasun1991
şeytan
Türkiye Türkçesi: şeytan
Azerbaycan Türkçesi: şeytan
Başkurt Türkçesi: şaytan
Kazak Türkçesi: şaytan saytan
Kırgız Türkçesi: şaytan albarstı
Özbek Türkçesi: şäytàn
Tatar Türkçesi: şaytan
Türkmen Türkçesi: şeytãn
Uygur Türkçesi: şäytan
Rusça: çört
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
şeytan
is. [ər.]
1. Dini təsəvvürlərə görə şəri təmsil edən mövhum varlıq; cin, iblis (dini əfsanələrə görə mələklərdən olub, guya Adəm peyğəmbərə səcdə etmədiyinə görə göydən qovulmuş və o zamandan bəri insanları pis yollara çəkməyə çalışan bir varlıq). Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Məsəl). Səcdə qıl yarə, könül, baxma o zahid sözünə; Adəm ol, mətləbi qan, eyləmə şeytan ilə bəhs. S.Ə.Şirvani. Artıq nə molla var, nə cin, nə şeytan; Nə yumruq, nə qamçı, nə nökər, nə xan. S.Vurğun.
2. məc. Araqarışdıran, fitnəkar, xəbərçi, çuğul adam haqqında. [Nəsir:] Şeytana rast gəlməsən, nə var ki. H.Nəzərli. [Qəhrəman:] Sən demə, şeytan-şuğul bunu bəyə xəbər verib. Ə.Vəliyev. // məc. zar. Çox bic, kələkbaz. [Əsgər:] Halal olsun, Süleyman, sən nə kələkbazsan, şeytan! Öyrədib məni yola saldın, mənə rast gəldi yarcan. Ü.Hacıbəyov. // məc. Dəcəl. Şeytan bir qız nəvəsi də; Ayaq üstə dayanmışdı. N.Rəfibəyli. ‣ Şeytan fəhləsi – yorulmadan havayı, müftə işləyən adam haqqında. [Molla Cəfər Qasım əmiyə:] Gərək düşəsən bu kənd mənim, o kənd sənin, arvadın nə qədər qohumqardaşı, cicisi, bacısı .. hamısını daşıyıb tökəsən Danabaş kəndinə. Kişi, sən şeytan fəhləsisən məyər? C.Məmmədquluzadə. Şeytana bac vermək – biclik, hiylə işlətmək. Şeytana papış tikər – çoxbilmiş, çox bic, hiyləbaz, fırıldaqçı adam haqqında. [Ağa Kərim:] Amma Ağa Salmana mənim təlimim lazım deyil. O özü şeytana papış tikər. M.F.Axundzadə. Sənin bicliyini kim bilmir, sən az qalırsan ki, şeytana papış tikəsən, sən mətləbi başa düşmürsən? E.Sultanov. Şeytanın ayağını (qıçını) sındırmaq zar. – çox az-az bir yerə gəlib-getmək, hərdənbir görünmək. Cabir məni hərdən yada salırdı. ..Ayda arabir şeytanın qıçını sındırırdı. Ə.Vəliyev. Bu meydan, bu da şeytan – hər hansı bir şeyi sübut etmək üçün əsas, dəlil göstərmək mənasında ifadə. [Bəxti:] Deyin görək, mən kimə nə eyləmişəm? Bu meydan, bu da şeytan, bu göydəki allah, bu yerdəki insanlar. S.Rəhimov. Lənət kor şeytana – bax. lənət sənə kor şeytan! (“lənət”də).
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
şeytan
şeytan