sürünmək
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sürünmək
f.
1. Üzüstə bütün bədənilə bir səth üzərində hərəkət etmək (sürünən heyvanlar haqqında). Yolun kənarında ilan sürünür. – ..Bir əllərimi al-qırmızı boyayan qana, bir də otlar üstündə inildəyə-inildəyə sürünən (f.sif.) o kiçik heyvana baxdım. A.Şaiq. // Qalxmadan, əlin, ayağın köməyilə qabağa doğru hərəkət etmək. Bunu deyib, qadın gözlərindən yaş tökərək oğlanın ayağına sürünmək istədi. Ə.Haqverdiyev. Əşrəf yavaşcadan sürünüb kola yaxınlaşdı. S.Rəhman.
2. məc. Zəhmət və məşəqqət içində yaşamaq, səfalət içində yaşamaq, acınacaqlı həyat keçirmək. [Mirzə Rza:] Yazıq balalarım, .. Çil yavruları kimi hərə bir yana düşmüş, səfilanə sürünürlər. C.Cabbarlı.
3. məc. Yavaş-yavaş hərəkət etmək. Dərələrdən ağır duman sürünür; Göy yamaclar ağ örpəyə bürünür. R.Rza. Qıvrılıb ətəkdə bulud sürünür. B.Vahabzadə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sürünmək
I. iməkləmək, yerimək
{emeklemek, yürümek}
II. veyillənmək, avaralanmaq
{işsiz kalmak, serserileşmek}
III. yaltaqlanmaq, alçalmaq
{dalkavuklaşmak, alçalmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sürünmək
kaymak, sürünmek