soyumaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
soyumaq
f.
1. Soyuq olmaq, hərarətini itirmək, temperaturu aşağı düşmək. Payız gəldi, havalar soyudu. – Hava da bərk soyumağa başlayırdı. M.Hüseyn. ..Xəzəllər töküldü, toz qopdu, hava soyudu. Mir Cəlal.
2. məc. Getdikcə həvəsdən düşmək, ruhdan düşmək. İşdən soyumaq. – Elə mən özüm də bir həftə, bir ay; Yazmasam, şeirdən çox soyuyaram. S.Vurğun. [Dəmirov] işin qalmağından, adamların soyumağından ehtiyat edirdi. S.Rəhimov.
3. məc. Getdikcə məhəbbətini, hissini itirmək, daha istəməmək. Uşaqlardan soyumaq. – [Sona xanım:] Heydər, görünür ki, məndən soyumusan? M.F.Axundzadə. ‣ Acığı (hirsi) soyumaq – bax. acıq. Zalış Məşədi Qasımı döyməklə soyumayıb, tamam boğdu. Çəmənzəminli. Tükəzbanın hirsi bir az soyudu və qaşqabağı da bir az açıldı. B.Talıblı.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
soyumaq
I. donmaq
{donmak}
II. keyimək, duruxmaq
{hareketsizleşmek, durgunlaşmak}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
soyumaq
soğumak
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
soyumaq
ağ. bk. sowumaq.