ələk
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
ələk
is. Unun kəpək və qeyri zibillərini təmizləmək üçün sağanağa keçirilmiş sıx tordan ibarət alət. Ələk dairəvi qutu şəklində olur. – Dağılıb çöllərə açdı hərə bir növ kələk; Sac Lahıcdan qurtarıb, qalmadı Salyanda ələk. S.Ə.Şirvani. Nəhəng ələkdən un ələnən sayağı qar ələnir, dəqiqələr keçdikcə yer təknəsi daha çox dolur, daha çox ağarırdı. Ə.Əbülhəsən. ‣ Ələyi ələnib, xəlbiri sulanıb – işi bitib.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
ələk
elek