turklehceleri.org

qalib

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

qalib

sif. [ər.] Üstün gələn (gəlmiş), qələbə çalan (çalmış). Qalib ordu. – Fəxrəddinin qalib dəstələri şəhərə girdiyi zaman, Gəncə qadınları qalib dəstələrin başına damlardan gül səpirdilər. M.S.Ordubadi. // İs. mənasında. Qaliblər marşı. – [İlyas qıza:] Şəxsi həyat üzərində qopan gurultular, yemək və qazanc üstündəki vuruşmalar, aldadanların şadlığı, aldananların göz yaşı, haqqını müdafiə edənlərin məğlubiyyəti, qaliblərin bayram təntənələri .. məni yoran işlərdəndir. M.S.Ordubadi. • Qalib gəlmək (olmaq, çıxmaq) – 1) üstün gəlmək (olmaq, çıxmaq), qələbə çalmaq. Məğlub olanlar qalib çıxmağa tələsənlərdir. M.S.Ordubadi; 2) yarışda irəlidə olmaq, birinciliyi qazanmaq. Beynəlxalq şahmat yarışlarında şahmatçılarımız qalib gəldilər. – [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü. Z.Xəlil; 3) məc. Təsir etmək, zor gəlmək, əldən salmaq, üzmək. Biz uşaqların bütün günləri bağlarda keçirdi. Ta aclıq bizə qalib gəlməyincə evlərimizə qayıtmazdıq. S.S.Axundov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

qalib

müzəffər, rəşadətli, zəfərli
{muzaffer, başarılı, üstün}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

qalib

galip


Axir izdelgen sözler: