turklehceleri.org

parçalanmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

parçalanmaq

1.”Parçalamaq”dan məch.
2. qayıd. Parça-parça olmaq, tikə-tikə olmaq; sınaraq, paralanaraq bütövlüyünü itirmək, dağılmaq. Kəklikli qayanın sinəsində iki böyük daş parçalanıb uçmuş, .. dərin oyuqlar açılmışdı. B.Bayramov. // Məc. mənada. Bir zülmkar dəmir qəfəs; Boğulacaq ömrüm yazıq; Parçalandı dərdli könlüm; Parçalandı sənsiz artıq. Ə.Cavad.
3. Hissələrinə, elementlərinə ayrılmaq. ..Radium, uran və toriumun atomları özözünə parçalanır..
4. Sınmaq, qırılmaq, para-para olmaq, tikətikə olmaq. Fincan yerə düşüb islanmış palçıq kimi parçalandı. Mir Cəlal. Səməd yerə dəyib parçalanan (f.sif.) qədəhin cingiltisinə dönəndə qəribə bir mənzərə gördü. İ.Hüseynov.
5. Parçalanmış şəklində – qarğış məqamında işlədilir. Ay parçalanmış, harada idin?


Axir izdelgen sözler: