QAB
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qab
is.
1. İçərisinə şey qoymaq və ya içərisində şey saxlamaq üçün məişət avadanlığı. Saat qabı. Şeyləri qoymaq üçün qab lazımdır. – Qəzəl qurtarmayır, çatmayır sona; Qoyub qələmini davat qabına.. B.Vahabzadə. // dan. Çuval, torba, kisə, yeşik və s. Buğdanı bir qaba tök.
2. İçərisinə yemək qoyulan, yemək tökülən boşqab, mətbəx əşyası və s. Şorbanı qablara tökmək. – [Cahandar ağa:] Ay bacı, atan ehsanına bir qab su ver, içim.. İ.Şıxlı. ‣ Qabına sığmamaq – 1) səbirsizlik göstərmək, özündən çıxmaq (şadlıqdan); 2) güvənmək, lovğalanmaq, qürrələnmək. Qabında bir şey olmamaq – elmsiz, məlumatsız, biliksiz, qabiliyyətsiz, bacarıqsız adam haqqında. Görünüşünə baxma, qabında bir şey yoxdur. Qabını çatlatmaq – həddini ötüb keçmək, cığırını aşmaq, daşıb dağılmaq. Sirkə tünd olsa, öz qabını çatladar. (Ata. sözü).
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qab
ambalaj, kap