etiraz
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
etiraz
is. [ər.] Bir fikri, təklifi, qərarı və ya hərəkəti qəbul etməyərək onun əleyhinə çıxma, qəti narazılığını bildirmə. Özündən qıl riyanı tərk, əgər vardır hünər səndə; Deyil əhli-riyayə etirazın bir hünər, vaiz. S.Ə.Şirvani. Səriyyə xalanın bütün etirazları puça çıxdı. S.Rəhman. • Etiraz etmək – qəti razı olmadığını bildirmək, razılaşmamaq, qəbul etməmək. Ey səlamət əhli, al rüxsarə baxma zinhar! Etiraz eylə məlamətdən, məni-rüsvayə bax! Füzuli. Qətibə bu fikrə etiraz etdi.. M.S.Ordubadi. Anası .. qızının səfərinə etiraz etmək istədi. Ə.Məmmədxanlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
etiraz
itiraz