balaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
balaq
I. is. Tumanın, şalvarın, dizliyin ayağa düşən tərəfi. Səhər-səhər yaz çağı; Köçür oba yaylağa; Gəlinlərin balağı; Batır lilə, batlağa. A.Səhhət. Həsənalı balağı dizindən azca aşağı bez tumanını buduna sıxaraq bərk-bərk qışqırırdı. M.İbrahimov.
II. is. Camış balası, körpə kəlçə. ..Mürşüd camış balaqlarını suvarmaq üçün çaya aparmışdı. Ə.Vəliyev.
III. is. məh. Qamışabənzər, içi boş, buğumlu yemlik bitki.