Mühəndislik
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
mühəndislik
is.
1. Mühəndis sənəti, ixtisası. [Haqverdizadənin] hər bir yoldaşı özünə ixtisas seçən zaman, o da yol mühəndisliyini bəyənmişdi. S.Rəhimov.
2. Mühəndis sənəti ilə bağlı olan. Mühəndislik fakültəsi. – Fərhaddan kağız gəldi ki, mühəndislik diplomunu almışdır, mayın 12-də gəlir. C.Cabbarlı.