turklehceleri.org

Bayatı

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bayatı

is.
1. Azərbaycan xalq musiqisində həzin bir hava adı. Bayatı çəkmək (demək). – Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi. [Novruzun] bayatıları Bahadırın dərdini daha da artırırdı. N.Nərimanov. ..Çoban da bayatı nəğməsini tütəyində ucaltdı. S.S.Axundov. Anasından ayrılandan sonra Əbdülkərim bir bayatı çağırmağa izin istədi. Ə.Haqverdiyev. • Bayatı-qacar, bayatıəcəm, bayatı-isfahan, bayatı-kürd, bayatışiraz və s. – klassik Azərbaycan musiqisində muğam adları. Ağayi Füzulüzzakir .. neçə dəfə bizim üçün öz segahları ilə, şurları ilə, xüsusən bayatı-qacarları ilə ləzzətiruhani veribdir. Ə.Haqverdiyev.
2. Azərbaycan şifahi xalq ədəbiyyatında nəzm formalarından biri; çox zaman onun dörd misrasından 1, 2 və 4-cüsü həmqafiyə, 3-cü misrası isə sərbəst olur; məs.: Bu bağça bar olunca; Heyvalar nar olunca; Çatlayır dəli könlüm; Sən mənə yar olunca.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

bayatı

mani


Axir izdelgen sözler: