çırmamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
çırmamaq
f. Paltarının qolunu və ya şalvarının balağını bir neçə qat qatlayıb qaldırmaq, çırmalamaq; çırmanmaq. [Gülsənəm] Tahirdən cavab almamış, qollarını çırmadı, un gətirib, xəmir yoğurmağa başladı. M.Hüseyn. Musa kişi qolunu çırmadı, bıçağı daşa çəkdi. M.İbrahimov. ‣ Qolunu çırmamaq məc. – bir işi görmək üçün hazırlıq görmək, hazırlaşmaq, hazır olub gözləmək. Çırma qollarını, öt ustadını; Lakin əsərinlə, quru sözlə yox. S.Rüstəm.