turklehceleri.org

şaxsey

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şaxsey

nida. Fəlakətli, dəhşətli, faciəli bir hadisə qarşısında çıxarılan fəryad səsi. Şəhərin arvadları dəstə-dəstə Hacının böyük bacısı Pərinisanın evinə dolub boşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Ə.Haqverdiyev. [Heydər bəy:] ..Bizimkilər də şaxsey deyə, saçlarını yolurlar. S.S.Axundov. • Şaxsey vurmaq (təpmək, getmək) – yasda, məhərrəmlikdə ölü üçün saç yolmaq, fəryad qopararaq ağlamaq. [Fatma xanım:] Sənin kimi oğlun paltarın töküm, üstə şaxseyni təpim. N.Vəzirov. [Səttar:] Məhəlləmizdə şaxsey gedəcəklər, – dedi. – Gəlin, biz də gedib baxaq. P.Makulu.


Axir izdelgen sözler: