turklehceleri.org

əymək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əymək

f.
1. Bir yana meyil etdirmək, aşağıya, yerə tərəf meyilləndirmək. Ağacın budağını əymək. – [Palıd:] Əssə külək, qopsa da tufan yenə; Əyməyə əsla gücü çatmaz mənə. M.Ə.Sabir. Bu yerlərdə limon sarı; Əyir, salır budaqları. S.Vurğun. Kolların altında baş qaldırmış körpə bənövşələr yazıq-yazıq boynunu əyib sanki torağayların səsinə qulaq asırdı. Ə.Vəliyev.
2. Əyri şəklə salmaq. Məftili əymək. Kəfgirin sapını əymək. Qaşığı əymək. Uşaq çubuğu əyib özü üçün yay qayırdı.
3. məc. Belini bükmək. Mən aşıq, dərd əydi; Dərman əydi, dərd əydi; Dərmana gedən təbib; Gəl, xəstəni dərd əydi. (Bayatı). Pərişan etdin halımı; Əyibsən qəddi-dalımı. Q.Zakir. Atabalanı fələk əyə bilməzdi, Balakişinin ölümü kişini yay kimi əydi. A.Şaiq.
4. məc. Razı salmaq, qane etmək, tabe etmək. Onu əymək mümkün deyil.
5. məc. Təhrif etmək, düz yoldan sapdırmaq, əyintiyə yol vermək. ‣ Ağız əymək – bax. ağzını əymək (“ağız1”da). Baş əymək – bax. baş. Boyun əymək – bax. boyun. Qaşını əymək – narazılıq ifadə etmək. [Şölə xanım:] ..Sənin kefin yaxşı olsun, niyə qaşını əyibsən?.. M.F.Axundzadə. İşi əymək – bax. iş.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əymək

bükmək, qatlamaq, burmaq
{bükmek, katlamak, burkmak}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əymək

eğmek


Son arananlar: