əsgər
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsgər
is. [ər.]
1. Sıravi hərbi qulluqçu; soldat. Milli ordunun əsgəri. Bir bölük əsgər. Əsgər və matroslar. – Komandan əsgərlərdən geri qalmamaq üçün yoluna davam edir. M.Hüseyn. Hələ əmr alıb işə başlamazdan əvvəl əsgər soyuqdan bir-birinə sıxılır. Ə.Əbülhəsən. • Əsgər aparmaq – hərbi qulluğa çağırmaq. Onu əsgər apardılar. – Vətən müharibəsinin lap əvvəlinci günlərində Dilbərin atası Qulaməlini əsgər apardılar. Ə.Sadıq. Əsgər düşmək köhn. – bax. əsgər getmək. Əsgər getmək – hərbi qulluğa götürülmək. Onun yaşı çatdı, əsgər getdi. – El məscidə yığılmışdı. Əsgər getmə məsələsinə baxırdılar. Mir Cəlal. Əsgər yığmaq – əsgərlik vaxtı çatanları və əsgərliyə lazım olanları hərbi qulluğa toplamaq, səfərbərliyə almaq. Əsgərə götürülmək – bax. əsgər getmək.
2. Silahlı adamlar dəstəsi; qoşun. [Koroğlu:] Çay kimi coşmuşam, daha sönmərəm; Əsgər nədi, qoşun nədi, qanmaram. “Koroğlu”.
3. Hərbi adam, hərbi xidmətdə olan adam, ümumiyyətlə, hərbi xidmətçi. O, əsgər adamdır. Bir əsgər kimi hərəkət etmək. Bütün əsgərlərə müraciət. • Əsgər paltarı – hərbi geyim. [Səfərəli:] Hamı o biri otağa əsgər paltarı geyməyə marş! H.Nəzərli. Geyib əsgər paltarını, silahlandı qəhrəman; Onun polad sinəsinə sığışmadı ürəyi.. S.Vurğun.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsgər
asker, er