turklehceleri.org

müalicə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

müalicə

is. [ər.]
1. Xəstəni sağaltmaq üçün tibbi vasitələr tətbiq etmə. Müalicə yaxşı nəticə verdi. – Toğrulun yarası o qədər də ağır deyil, müalicəsinə başlanmışdır. M.S.Ordubadi. Müalicə Tapdığı yaxşı ayağa qaldırdı. Ə.Əbülhəsən. • Müalicə etmək – sağaltmaq üçün tibbi vasitələr tətbiq etmək. [Molla Kazım:] Belə arvadların çoxusunu mən müalicə etmişəm. Ə.Haqverdiyev. Müalicə olunmaq – sağalması üçün tibbi tədbirlər görülmək (görmək). Uşaq müalicə olunur. – Sağlıq olsa, sən həm müalicə olunacaq, həm dincələcəksən. Mir Cəlal. [Aydın Səmədə:] Siz gərək ağıllı-başlı müalicə olunasınız. H.Seyidbəyli. // Xəstəliyi sağaltmaq üçün görülən, tətbiq edilən tədbirlər. Qızdırmaya qarşı müalicə.
2. Müalicə məqsədilə tətbiq olunan, müalicə ilə əlaqədar olan. Müalicə gimnastikası. Müalicə müəssisəsi. – Xalq təsərrüfatımızın ümumi inkişafında yaylaqlarımızın, .. müalicə sularımızın, kurortlarımızın iqtisadi əhəmiyyəti böyükdür. Ə.Vəliyev.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

müalicə

kür, tedavı, tedavi


Son arananlar: