nisyə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
nisyə
is.
1. Bir şeyin nağd pul olmadan alınması və ya satılması. // Bu cür alınmış, ya satılmış şeyin özü, yaxud nisyə satılmış və ya alınmış şeyin verilməli olan pulu. Nisyə girməz kisəyə. (Məsəl). [Məşədi Cabbar tacir:] Molla, mənim özümün pulum var, amma tamam nisyədədir. M.F.Axundzadə. [Hacı Rüstəmin atası] xırman zamanı da gedib, kəndbəkənd gəzib nisyə yığardı. Ə.Haqverdiyev.
2. məc. Boş, əsassız, həyata keçə bilməyən, qeyri-real. Nisyə söhbətlər. – Gedib, vaiz deyən nisyə sözə ümmidvar olma. S.Ə.Şirvani. Şərifzadə ona bərk vurulmuşdu. Ancaq həkimin nisyə məhəbbətlə arası yox idi. M.Hüseyn.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
nisyə
borc
{borç}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
nisyə
veresiye