turklehceleri.org

Hüzur

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

hüzur

is. [ər.] klas.
1. Ön, qabaq, pişgah. • Hüzur(u)na – yanına, qabağına, önünə. Hüzuruna çağırmaq. Hüzuruna gəlmək. Hüzuruna heç kəsi qəbul etmir. – [Pirverdi bəy Kəblə Qulaməliyə:] Bu saat oğlun Mustafanı, get, gətir cənab nəçərnikin hüzuruna. C.Məmmədquluzadə. [Vaqif:] Axund, xanın hüzuruna getmək çağı deyilmi? Çəmənzəminli. Hüzurunda – yanında, qabağında, önündə. Hüzurunda oturmaq. Hüzurunda danışmaq. – Xidmətçilər Hüseynqulu ağadan qorxub hüzurunda titrəyirdilər. S.S.Axundov. Gör nələr yaradır hökmü dövranın; Leyla hüzurunda dayanmış xanın. B.Vahabzadə. Hüzurundan – yanından, qabağından, önündən. Elə ki məclis qurtardı, hamı dağıldı, Cünun da durub paşanın hüzurundan mürəxxəs oldu. “Koroğlu”.
2. Hazır olma, orada olma. Hiss edirdim ki, mənim hüzurum və söhbətim [Ağaverdini] narahat edir. S.Hüseyn. Xx X Azərbaycan əlifbasının on ikinci hərfi. bax. xe.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

hüzur

huzur


Son arananlar: