Əza
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əza
I. is. [ər.] Yas, matəm. [Alim:] Onlar [tərəkəmələr] bir növ avam .. tayfadırlar, əza məclisi və mərsiyəxan-zad tanımazlar, amma, əlhəmdülillah, yenə müsəlmandırlar. Qantəmir. • Əza saxlamaq – yas tutmaq, matəm saxlamaq. [Molla:] ..Qonaq gəlib əza saxlayanlar! Bu gecə başqa gecələrə bənzəməz. M.Əliyev.
II. is. [ər.] klas. Əziyyət, zəhmət, məşəqqət, cəfa. Mən dəliyəmmi özümü məktəbə, dərsə sövq edəm; Dərsin əzası bir belə, xalqın ədası bir belə. M.Ə.Sabir. Ay baba, salma qalmaqal, cövrü cəfadan əl götür! Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür! C.Cabbarlı.
III. is. [ər. “üzv” söz. cəmi]
1. Bədən üzvləri (Azərbaycan dilində bəzən “üzv” mənasında işlənir). Quzunun parçalardı əzasın; Sındırıb kəlləsin, qabırğasın. S.Ə.Şirvani. [Şahbaz bəy:] Şəmsi, mənim bədənimdə bir sağ əzam yoxdur. S.S.Axundov. Hərdən başını qaldırıb nəzəri uşaqların solğun üzünə düşəndə [Aslanın] bütün əzası inildəyirdi. C.Cabbarlı.
2. köhn. Bir cəmiyyət və ya heyəti təşkil edən üzvlərin məcmusu və ya hər biri. Parlaman parladı əzası ilə. M.Ə.Sabir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsin haraya göndərilməsini təyin edəcəkdir. Ə.Haqverdiyev. ..Çarın taxta oturan günü bütün konsulxana əzaları konsulxanadakı ziyafətə yığılmışdılar. M.S.Ordubadi.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əza
I. yas, matəm
{yas, matem}
II. əziyyət, zəhmət, məşəqqət, cəfa
{sıkıntı, zahmet, meşakkat, cefa}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əza
üye