şəriətmədar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şəriətmədar
is. [ər. şəriət və fars. mədar] İslamda: şəriət qanunlarını şərh və tətbiq etmək hüququna malik olan yüksək rütbəli din xadimi. [Mirzə Rəhim xan:] Nə qədər ki, bu naməhrəmlik vardır, sənin işinə baxa bilmərəm. Çünki xilafi-şərdir. Şəriətmədarlara bu iş şayəstə deyil. M.S.Ordubadi. Şəriətmədarların içinə vəlvələ salan bir şair indi özü onların içinə gəlir, onların cərgəsində yer axtarırdı. Mir Cəlal.