turklehceleri.org

cüt

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

cüt

I. zərf
1. Bir yerdə işlənən və bir bütövü təşkil edən iki eyni şey. Bir cüt əlcək. Bir cüt çəkmə. – [Tələbə:] Usta Ağabala .. bir imperial və iki cüt başmaq verdi. Başmağın bir cütü ağa üçün, bir cütü külfəti üçündür. Çəmənzəminli. Bu sözlərdən sonra Camal əmi səliqə ilə .. üç cüt yun, bir cüt tiftik əlcək, beş cüt yun corab, bir yun başlıq, dörd dənə əl dəsmalı səliqə ilə yeşiyə qabladı. Ə.Vəliyev.
2. İki dənə, iki baş, qoşa. Cüt uşaq. Cüt qardaşlar. Cüt qızlar. – Şuma vacibdi çünki beş cüt kəl; Biçinə çin gərəkdi, xırmana vəl. S.Ə.Şirvani. [Sitarə:] Axır, zalım cüt balamı öldürdü. C.Cabbarlı.
3. İki bərabər ədədə bölünə bilən. Cüt ədəd.

II. bax xış. Bahar açılan kimi Xudayarbəy zəmilərə cüt göndərib başladı sürdürməyi. C.Məmmədquluzadə. [Cütçü] .. ahəstə-ahəstə cütünü sürüb, öz nəğməsini oxudu. S.S.Axundov. cüt-cüt zərf İki-iki, qoşa-qoşa. Kasıbın pişiyi cüt-cüt doğar. (Məsəl). [Soltan bəy:] Hə, bəs elə isə başlayaq, düzülün! Cüt-cüt olub oynayırlar.. Y.Hacıbəyov. Bu quşlar çox vaxt tək-tək, bəzən də cüt-cüt gəzər .. yalnız düz üstlərinə çıxdıqda havaya qalxarlar. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

cüt

qoşa, iki-iki
{çift, ikili}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

cüt

çift


Son arananlar: