turklehceleri.org

şəfəq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şəfəq

is. [ər.]
1. Gün çıxmadan və ya batarkən göydə görünən qızartı. Od tutub qırmızı atəşlə yenə yandı üfüq; Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq. A.Səhhət.
2. məc. Parıltı, bərq, şölə. [Qadın] üzərinə o qədər daş-qaş tökmüşdü ki, güzgünün qabağında durduğu zaman özünün belə şəfəqdən gözləri qamaşırdı. M.S.Ordubadi. [Hacı Murad:] ...Almazların şəfəqi gözlərimi qamaşdırır. S.S.Axundov. • Şəfəq vermək (salmaq, saçmaq) – parıldamaq, bərq vurmaq, işıq saçmaq, şölələnmək. Burdan bir atlı getdi; Atın oynatdı, getdi; Gün kimi şəfəq saldı; Ay kimi batdı, getdi. (Bayatı). Buludlar dağlara yavıqlaşdıqca kənarları ağarıb gümüş kimi şəfəq verirdi. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şəfəq

I. qızartı, parıltı, işıltı
{kızartı, parıltı, ışıltı}

II. şö’lə, nur
{şule, nur}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şəfəq

ağıl, şafak


Son arananlar: