şişmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şişmək
f.
1. Xəstəlik, zədə və s. nəticəsində qalxmaq, köpmək, qabarmaq. Ayağı şişmək. Üzü şişmək. – Gözün üstü şişib olubdu qovuq; Zahirən bu gecə dəyibdi soyuq. S.Ə.Şirvani. Bayramın göz qapaqları şişib qırmızı olmuşdu. M.Hüseyn. // İslanıb köpmək, böyümək, qabarmaq. Noxud suda şişir. – Şeyxlər kişmişin bütöv olaraq xörəyə qatılmasını haram bilirdilər, çünki kişmiş şişdikcə içində dönüklük əmələ gəlib çaxır ola bilərdi. Çəmənzəminli. Sulu qar yağdıqca yer təkinə qədər islanır, elə bil köpüb şişirdi. Ə.Əbülhəsən.
2. məc. Çox kökəlmək, piylənmək. Yaman şişmisən ha. – Spekulyantlar tamam şişib filə dönmüşdülər. E.Sultanov. [Xacə Firuz:] Amma bunlar yeyib şişirlər. Ə.Haqverdiyev.
3. məc. dan. Umsunmaq, tamarzı qalmaq, gözü qalmaq. Kabab iyindən qonşular şişə bilər. – Bir tikə bozbaşdan ötrü ağlama! Umma, şişərsən, bala, sarsaqlama! Ə.Nəzmi. ‣ Başı şişmək – bax. baş. Ürəyi şişmək – bax. ürək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şişmək
I. qabarmaq, qalxmaq, kökəlmək
{kabarmak, kalkmak, şişmanlamak}
II. kökəlmək, yoğunlaşmaq, koppuşlaşmaq, dolgunlaşmaq
{şişmanlamak, şişkinleşmek, tombullaşmak, dolgunlaşmak}
III. lovgalanmaq, öyünmək, gəvəzelənmək
{kibirlenmek, övünmek, gevezeleşmek}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şişmək
şişmek