övc
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
övc
is. [ər.] klas. Ən uca nöqtə. • Övcifəza, övci-fələk – göyün, fəzanın ən yüksək nöqtəsi. Övci-fəzadə görərək bayquşu; Səhnədə çaqqıllayıram imdi mən. M.Ə.Sabir. Övc atmaq – boy atmaq, böyümək. Yoxsa daha niyə burada böyürtkənlər belə suvarılmış kimi övc atsınlar. S.Rəhimov. Övc etmək (eləmək) – artmaq, böyümək, inkişaf etmək. [Səməd bəy] bir ildən sonra imtahan verdi, kənd müəllimi oldu, burada da artıq övc eləyə bilmədi. Çəmənzəminli. İndi arı yaman övc eləyir. S.Rəhimov.