çəmxəm
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çəm-xəm
is. dan. Naz, qəmzə, əzilibbüzülmə. Bilsə idim dözəməm mən nazına, çəm-xəminə; Heç qoyub üstümə bu adı, mən evlənməz idim! Ə.Nəzmi. [Ataş:] Qızların nazı, çəm-xəmi, umu-küsüsü, lap axırda da hirsi, hikkələri. Ə.Vəliyev. • Çəm-xəm etmək – 1) naz-qəmzə etmək, özünü naza qoymaq, əzilib-büzülmək. Xanım başladı çəmxəm eləməyə ki, mən oynamaq bacarmıram.. C.Məmmədquluzadə; 2) Boyun qaçırmaq, özünü naza qoymaq. [Xəlil:] Heç çəm-xəm eləmə, Xəlil ki bir işə girişdi, öldü var, döndü yoxdur. S.Rəhman.