dəstəmaz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dəstəmaz
is. [fars.] din. Namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini. Dedi: – Bəs mən gedim bulağa tərəf; Dəstəmazım mənim olubdu tələf. S.Ə.Şirvani. • Dəstəmaz almaq – həmin ayini icra etmək. Bir gün bir nəfər molla, necə olursa, məscid həyətində dəstəmaz alanda çarhovuza düşür. “M.N.lətif.” [Cahan:] Molla Qurana baxmaqdan qabaq dəstəmaz aldı, ya yox? Ə.Haqverdiyev.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dəstəmaz
abdest