sahman
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sahman
is. Qayda, səliqə, düzgün vəziyyət, qaydada, səliqədə olma. Ev sahmanda idi. Üst-başı sahmandadır. – Qız uşağının paltarı sahmanda idi, başında abı kəlağayı, əynində gödək kofta vardı. Mir Cəlal. Hər gün usta buruqlara baş çəkib gəzər; Quyuları sahman görüb fərəhlənərdi. Ə.Cəmil. • Sahmana düşmək – qaydaya düşmək, yoluna düşmək, hər şey öz yerində, qaydada olmaq. [Hümmət Yusifə:] Bəlkə dedilər, ay eloğlu, ..indi işlər sahmana düşür deyə gəlmisən? B.Bayramov. Sahmana gətirmək – bax. sahmana salmaq. Xavərnisə evi yığışdırıb, bağçaları sahmana gətirib də süfrələri hazırlayırdı. T.Ş.Simurq. Sahmana salmaq – qaydaya salmaq, səliqəyə salmaq, hər şeyi öz yerində düzgün yerləşdirmək. [Arvad] cəld hərəkətlərilə otağın içindəki avadanlığı sahmana salmağa başladı. H.Seyidbəyli. [Ümid] ..kanalın sahmana salınmasında az zəhmət çəkməmişdi. B.Bayramov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
sahman
I. qayda, səliqə, nizam
{kaide, nizam, kural}
II. yerləşdirmə, düzülüş, tərtib
{yerleştirme, diziliş, tertip}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
sahman
çeki düzen