çaxmaqlı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
çaxmaqlı
sif. Çaxmağı olan. • Çaxmaqlı tüfəng (tapança) – keçmişdə: çaxmaqdaşı və çaxmaq vasitəsilə alışdırılan primitiv tüfəng (tapança). Otaqların bütün əşyası çaxmaqlı tüfəng və köhnə xəncərdən ibarət idi. A.Şaiq. [Güləli] ..ala iti kəmsiyindən açıb yanına aldı, ulu babasından qalan çaxmaqlı tüfəngi də çiyninə saldı. S.Rəhimov.