turklehceleri.org

Çox

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

çox

sif. və zərf
1. Sayca az olmayan; miqdarı artıq olan (az ziddi). İclasda çox adam iştirak edirdi. – [Sultan bəy:] ..Yaşım çoxdur, pulum da azdır. Ü.Hacıbəyov. • Çox az – lap az, olduqca az, cüzi. Çox az pul. Çox az vaxt qalıb. // Az sürməyən, uzun müddət davam edən, uzun sürən; sürəkli. Danışıq çox çəkir, verilir qərar. R.Rza. // Tez-tez, bolbol, çoxlu. Bakıda külək çox əsir. Belə təsadüflər çox düşür. Dostumla çox görüşürəm.
2. Xeyli, artıq, artıq dərəcədə, olduqca. Məhərrəm bu təsadüfdən çox sevindi. H.Nəzərli. Muxtar çox düşünmüş, götürqoy eləmiş, nəhayət, Çiçəyi ürəkdən sevmişdi. Ə.Vəliyev.
3. Sifət və zərflərdən əvvəl gələrək onların mənasını qüvvətləndirir. Çox bərkdən danışmaq. – Qara pəhləvan gördü, yox, hərif çox qüvvətlidir. “Koroğlu”. Qarı bu qoca müəllimi çox yaxşı tanıyırdı. S.Qədirzadə.
4. İs. mənasında. Çoxluq, əksəriyyət. Az çoxa tabedir.
5. Çoxları, çoxusu şəklində is. – əksəriyyəti, böyük qismi. Fəhlələrin hamısı .. qolları və baldırları çirməli, .. çoxusu başıaçıq işləyirdilər. E.Sultanov. Çoxları birağızdan danışmağa başladı. M.Hüseyn. ‣ Nə az, nə çox – bax az.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

çox

xeyli, artıq, olduqca
{hayli, artık, oldukça}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

çox

çok, fazla, pek


Son arananlar: