zərbaf
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
zərbaf
is. [fars.]
1. Bafta, güləbətin, zərli parça toxuyan usta.
2. Qızıl və ya güləbətinlə qarışıq parça, habelə bu parçadan tikilmiş paltar. Alaydım yaşmağın, açıb kəmərin; Çıxarıb əynindən zərbafın, zərin. M.P.Vaqif. Böyükxanım başında zərbaf çarşab .. salam verib daxil oldu. M.S.Ordubadi. Belinə yaraşıb zərbafdan kəmər; Çəpkənli, çarqatlı ağbədən gəlir. Aşıq Abbas.