turklehceleri.org

zəlil

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zəlil

sif. [ər.] Zəlalətə düşmüş; yazıq, bədbəxt, həqir, fəqir, xar. Mən indi hazıram, ömrüm bu dəm tamam olsun; Belə zəlil (z.) yaşamaq bir kərə haram olsun. A.Səhhət. • Zəlil etmək – pis günə qoymaq, bədbəxt etmək, xar etmək, alçaltmaq. Demin ki, yarə edib Seyyidi zəmanə zəlil; Məbadə könlü yanə, könlümü xərab görüb. S.Ə.Şirvani. [Şamama cadu:] Allah heç kəsi zəlil eləməsin... Ə.Haqverdiyev. Zəlil olmaq – bədbəxt olmaq, pis günə qalmaq, xar olmaq, alçalmaq. [Naçalnik:] Sizin nəcabətinizə hərgiz layiq deyil ki, özünüzü bədnam edib ümənai-dövlətin nəzərində xar və zəlil olasınız. M.F.Axundzadə. Zəlil olsun! – bəddua, qarğış nidası. Olsun düşməniniz həmişə zəlil; Duaçıdır sizə hər yoxsul, əlil. H.K.Sanılı. zəlil-zəlil zərf Yazıq-yazıq, fağır-fağır.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zəlil

yazıq, bədbəxt, həqir, fəqir, xar
{aciz, bedbaht, hakir, fakir, hor}


Son arananlar: