turklehceleri.org

zollamaq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

zollamaq

I. f. dan. Zolaqlar şəklində kəsmək, zol-zol etmək. Gönü zollamaq.

II. f. vulq.
1. Uzun, möhkəm bir şeylə bərk vurmaq, ilişdirmək, çəkmək. Dəli şeytan deyir ki, bir dəyənək; Mollanın zolla başına zirək. S.Ə.Şirvani. [Atakişi:] Bir yol Ditdili Həsənin gündəyməzindən bir ağac zolladım ki, iki ay sümüklərinə yağlı xəmir saldılar. C.Cabbarlı. Dava qızışan kimi hər kəs əyilib öz başmağını çıxarıb əlinə alar və bir-birinin sir-sifətinə zollayardı. Qantəmir.
2. Yararsız bir şey kimi atmaq, tullamaq. Ah, o saətdən lüt eylər mürdəşir əndamüvi; Taxta üstündə yuvar, tabutə zollar canüvi. M.Möcüz.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

zollamaq

vurmaq, ilişdirmək, çəkmək
{vurmak, iliştirmek, çekmek}


Son arananlar: