turklehceleri.org

qurmAq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qurmaq

f.
1. Yaratmaq, təşkil etmək, meydana gətirmək. Yeni həyat, yeni məişət qurmaq.
2. Tikmək, bina etmək, təsis etmək, inşa etmək, qayırmaq. Sədd qurmaq. Zavod qurmaq. – İstehkamçı – mühəndis deməkdir. Yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız. Mir Cəlal. [Qaraca çobanın] igid yoldaşları bir neçə möhkəm tiri çəkib bir-birinə bənd etdilər, körpü qurdular. M.Rzaquluzadə.
3. Düzəltmək, tərtib etmək. Məclis qurmaq. Süfrə qurmaq. Tələ qurmaq. Yas qurmaq. İki cümləni qura bilmir. – ..Qəzetlərdə yazırlar ki, Təbrizdə övrətlər mitinq qururlar, köhnə adətləri aradan götürürlər, islahat tələb edirlər. C.Məmmədquluzadə. Atam Kərim baba ilə alaçıq qurmağa getdi. A.Şaiq. Qaratoyuq tutmaq üçün at qılından cələ hörüb, bağda ağaclar altında çox xəzəl olan yerdə qururduq. S.S.Axundov.
4. Bir şeyin üzərində əsaslandırmaq, təşkil etmək. Planı real imkanlar əsasında qurmalı. İşləri yeni üsul ilə qurmaq. – ..Gələcək qohumluğu möhkəm əsaslar üstündə qurmaq üçün, o, Səliminin .. bəzi hərəkətlərini təshih etməli idi. M.İbrahimov.
5. Xəyalında yaratmaq. Cürbəcür fərziyyələr qurmaq. Xəyalında böyük-böyük planlar qurmaq.
6. Saat və s. mexanizmlərin yayını burmaq və işə salmaq. Saatı qurmaq. Patefonu qurmaq.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

qurmaq

tikmək, qayırmaq, düzəltmək
{dikmek, doğrultmak, düzeltmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

qurmaq

kurmak, yapmak

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

qurmaq

Kurmak, tesis etmek. Qayta qurmaq – Tekrar kurmak.


Son arananlar: