həyati
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
həyati
sif. [ər.]
1. Həyatla, diriliklə bağlı olan. Həyati proseslərin getməsi üçün orqanizm müəyyən enerji sərf etməlidir ki, bu da tənəffüs prosesində əldə edilir. “Bitki fiziologiyası”. // Həqiqi həyatı, gerçəkliyi əks etdirən, həqiqətə yaxın, uyğun olan, həyatdan götürülmüş; inandırıcı. Həyati roman. – [Elçin:] Neftçilərin yürütdükləri mühakimələr həyati idi. Z.Xəlil.
2. məc. Zəruri, vacib, çox mühüm. Türk teatrosu .. Azərbaycan üçün həyati məsələdir və bunun barəsində [jurnal] ətraflıca danışmalıdır. Ə.Haqverdiyev.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
həyati
I. zəruri, vacib, mühüm, aktual
{zaruri, önemli, mühim, güncel}
II. canlı
{canlı}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
həyati
hayati